Qaradağda tikili yanıb, yataqxana mühafizə edilib

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus tikilidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumara görə, nəticədə ümumi sahəsi 20 kv.m olan taxta konstruksiyadan ibarət tikilinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanıb. Bitişik yataqxana binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31