Bakıda 4 otaqlı ev yanıb, digər evlər mühafizə olunub

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumara görə, nəticədə ümumi sahəsi 200 kv.m olan 4 otaqlı tikilinin yanar konstruksiyaları yanıb. Tikiliyə bitişik ümumi sahəsi 200 kv.m olan ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31