"Nurgün Group”a məxsus zavodda pulla dolu seyf oğurlanıb

Dekabrın 30-dan 31-ə keçən gecə "Nurgün Group" şirkətinin Salyan şəhərində yerləşən və süd məhsullarının emalı ilə məşğul olan "San-Süd" zavodunda oğurluq hadisəsi baş verib. Modern.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər zavodun hasarından aşaraq inzibati idarə binasındakı seyfi kəsici qurğu ilə açaraq içərisindəki 6700 manat pulu oğurlayıblar.Zavodun ərazisində müşahidə kameraları quraşdırıldığı üçün oğurluğun üstünün qısa müddətdə açılacağı gözlənilir.Fakla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31