Xəzərdə 8 balıqçı itkin düşdü: havaya vertolyotlar qaldırıldı

Xəzərin Dağıstana aid hissəsində itkin düşən balıqçılar xilas edilib.

Virtualaz.org Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda Dağıstanın Fövqəladə Halar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

*   *   *10:45

Xəzr dənizində 8 balıqçı itkin düşüb. Onların axtarışına artıq iki vertolyot da qoşulub.

Virtualaz.org bildirir ki, məlumatı RİA Novosti Dağıstanın müvafiq qurumlarına istinadən yayıb.

Məlumata görə, Kizlər rayonundakı Kraynovka yaşayış məntəqəsindən 5-6 kilometr məsafədə içərisində 8 balıqçının olduğu iki qayıq yoxa çıxıb.

Onların axtarışına lazım olan xüsusi texnika, o cümlədən iki vertolyot və 31 nəfər mütəxəssis cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31