Bakıda dəhşətli intihar: özünü 8-ci mərtəbədən atdı

Faktla bağlı araşdırma aparılır

Bakıda dəhşətli intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Xətai rayonu ərazisində 1937-ci il təvəllüdlü Kornikov Yuriy Mixayloviç özünü çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib. 78 yaşlı kişinin hansı səbəbdən həyatına qəsd etməsi hələlik məlum deyil. Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işiaçılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31