Axtarışda olan 2 dələduz saxlanıb
30 Dekabr 2015 12:53 KriminalBakı polisi dələduzluq maddəsi ilə axtyarışda olan iki nəfəri saxlayıb. Bakı şəhər Baş Polis İdarəsindən mətbuat xidmətindən verilən xəbərə görə, Sabunçu RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nın 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1982-ci il təvəllüdlü Elçin Hacıyev, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1955-ci il təvəllüdlü İsmayıl Muradov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31