Bakıda bir qardaşı öldürən, birini yaralayan şəxsin məhkəməsi başlayıb
30 Dekabr 2015 12:30 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, bir nəfəri isə yaralamaqda təqsirləndirilən İbrahim Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 7-nə təyin edilib.
Qeyd edək ki, avqustun 30-da Bakının Suraxanı rayonunda 1991-ci il təvəllüdlü İbrahim Dadaşov yaşadığı evin qarşısında mübahisə zəminində Suraxanı rayon sakinləri Elşən və Elçin İsrafilov qardaşlarına çoxsaylı bıçaq zərbələri ilə xəsarət yetirib. Yaralıların hər ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq Elşən İsrafilovun həyatını xilas etmək mümkün olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31