Azərbaycanda 14 il əvvəl oğlunu öldürən şəxsin və gəlininin cinayət işi üzrə istintaq başa çatıb

Azərbaycanda 14 il əvvəl qətl törətməkdə təqsirləndirilən Həsrət Əliyev və gəlini Yeganə Ərəbovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. APA-nın məlumatına görə, artıq vəkillər cinayət işinin materialları ilə tanış olublar. Cinayət işi yaxın günlərdə baxılmaq üçün məhkəməyə göndəriləcək.

Qeyd edək ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının bu il həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsrət Əliyev tutulub. Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar 2001-ci ildə Əliyev Elman Həsən oğlunu qətlə yetirərək, doğrayıb yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıblar. Quba rayon Məhkəməsinin qərarı ilə Həsən Əliyev və onun gəlini Yeganə Ərəbova barəsində  həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, öldürülən Elman Əliyev Həsən Əliyevin oğlu, Yeganə Ərəbovanın isə həyat yoldaşı olub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31