Vəzifəli şəxsin intihar xəbəri yayıldı
30 Dekabr 2015 11:50 KriminalSosial şəbəkələrdə Masallı rayon icra başçısının köməkçisi Elşən Sadıqovun intihar etməsi xəbəri yayılıb. Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev Trend-ə açıqlamasında E.Sadıqovun öldüyünü təsdiqləsə də, hadisənin intihar olmasını təkzib edib. Q.Hadıyev bildirib ki, E.Sadıqov dekabrın 28-dən 29-na keçən gecə yaşadığı mənzildə vəfat edib: "Bu barədə məlumat almışıq. Amma mərhumun atası bildirib ki, Elşən Sadıqov ürək tutmasından dünyasını dəyişib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31