Paytaxtda soyğunçular saxlanıb
29 Dekabr 2015 16:14 KriminalDekabrın 27-də Sabunçu qəsəbəsində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Emil Nuriyevi döymüş, kəsici alətlə hədələyib 1112 manatını və mobil telefonunu alıblar. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən paytaxt sakini Ayxan Quluyev tutulub, digər şəxs isə müəyyən edilib. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31