Biləsuvarda 3 otaqlı ev yanıb

Biləsuvar şəhərində vətəndaşa məxsus 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 120 kv.m olan 3 otaqlı evin 1 otağında kondisioner, pərdə, tavan 4 kv.m və xalça 1 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31