Şəkidə fermada yanğın olub

Şəki rayonu, Çeşməli kəndində vətəndaşa məxsus fermanın həyətində yerləşən ümumi sahəsi 20 kv.m olan gözətçi otağının dam örtüyünün yanar konstruksiyaları 14 kv.m sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ferma və gözətçi otağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31