Bakıda həbsxanada 2 məhkum ölüb
15 Oktyabr 2012 17:50 KriminalBu gün Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüm hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Gürcüstan Respublikası vətəndaşı, 1969-cu il təvəllüdlü Bayramov İqor Viktoryeviç və Quba rayon sakini, 1962-ci ildə anadan olmuş Səfərəliyev Amanulla Nüsrəddin oğlu müəssisəyə yerləşdirildikdən sonra ölüb. İ.Bayramov xroniki pankreatit, A.Səfərəliyev isə hipertoniya xəstəliyindən əziyyət çəkirmiş.
Məlumata görə, İ.Bayramov qanunsuz silah saxlama, A.Səfərəliyev isə narkotik vasitə satışına görə həbs edilib. Onlar oktyabrın 14-də cəza çəkdikləri müəssisələrdən müalicə mərkəzinə gətiriliblər.
Hər iki ölüm faktı ilə əlaqədar araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31