Bakıda pirotexniki vasitələr aşkarlanıb
29 Dekabr 2015 15:49 KriminalPaytaxtın müxtəlif rayonlarında pirotexniki vasitələr aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Nərimanov, Nizami rayonları və Binə qəsəbəsi ərazislərində səyyar ticarətlə məşğul olan Hafiz Alcəfərovdan, İsmayıl Quliyevdən, İlqar Kərimovdan və Məhərəm Ələkbərovdan 33 min ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələr aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31