Söyüşə görə 29 yaşlı oğlanı öldürdülər

Gecə Bakıda qonşular arasında düşən mübahisə ağır cinayətə səbəb olub. Toydan sərxoş gələn gənc oğlan qonşusu ilə dava edib. Və dava qətllə nəticələnib. Hadisə Binəqədi rayonunda baş verib. Söyüş üstündə düşən mübahisə ağır cinayətlə sona çatıb. Hadisə gecə Bakıda Binəqədi rayonunda baş verib. Biləcəri qəsəbəsi Natiq Həşimov küçəsində yaşayan 32 yaşlı Kamran Bağırov qonşusu 29 yaşlı Cümşüd Rüstəmovu bıçaqlayıb. Hadisə yerində olan şahidlər Cümşüd Rüstəmovu dərhal xəstəxanaya aparmaq istəsələr də o, çox qan itirdiyindən hadisə yerində ölüb. Hadisədən sonra Binəqədi polisi Kamran Bağırovu saxlayıb. Dindirmə zamanı o Cümşüd Rüstəmovla mehriban qonşu olduğunu dedi. Faktla bağlı Kamran Bağırov barəsində Binəqədi rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31