Zaqatalada 3 otaqlı ev külə dönüb

Zaqatala rayonu, Faldar kəndində vətəndaşa məxsus 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Evin yaxınlığındakı köməkçi tikili yanğından mühafizə olunub. Yanğın syanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31