Binəqədi rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 14-də rayon ərazisində yaşayan Kənan Bayramovun evindən qızıl və məişət əşyalar oğurlamış Bakı şəhər sakini Elşən Məmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31