Dekabrın 27-də saat 16 radələrində Sabunçu rayonunun A.Musabəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Füzuli Cəfərov vurulub. DİN-dən verilən məlumata görə, F.Cəfərova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31