Həmyerlisini bıçaqlayan saxlandı

Suraxanı rayonunun Əmircan qəsəbəsində qəsəbə sakini Sadir Əsgərov münaqişə zəminində həmyerlisi Asiman İbrahimzadəyə bıçaqla xəsarət yetirib. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əsgərov tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31