Bakıda kafe yanıb

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus kafedə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 25 kv.m olan kafenin mətbəxinin yanar konstruksiyası 2 kv.m və dam örtüyü 2 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31