Ləğv edilmiş MTN-nin Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev həbs edilib
25 Dekabr 2015 18:56 KriminalLəğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, general mayor Elçin Quliyev həbs edilib.
Bu barədəTrend-ə etibarlı mənbə bildirib.
Qeyd edək ki, bundan öncə, E.Quliyev MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.
x x x
Əldə olunan məlumata görə, hazırda E.Quliyevə məxsus bütün mənzillərdə axtarış əməliyyatları aparılır.
Qeyd edək ki, bir müddət öncə Bakı İstintaq Təcridxanasında intihar etmiş sabiq MTN-çi İlqar Əliyev E.Quliyevin müavini olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31