Sarayda qətl hadisəsi baş verib

Abşeron rayonunda qətl hadisəsi baş verib. "Olaylar" Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, dekabrın 25-də Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Arif Ağayev münaqişə zəminində həmyerlisi Əlibaba Məmmədova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Ə.Məmmədov hadisə yerində ölüb. Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31