İmişli şəhərində vətəndaşa məxsus yardımçı yikili yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 30 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31