Oğurluqla məşğul olan 2 qadın saxlanıb

Bakıda oğurluqla məşğul olan qadın saxlanıb. DİN-dən verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 23-də Bakı şəhər sakini Aysel Bəşirovaya məxsus içərisində 132 manat və sənəd olan pul kisəsi oğurlamış həmyerliləri Nərgiz Abdilova və Xatirə Məmmədova saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31