Avtomobil qaçıran saxlanıb

Şəmkirdə avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də rayon sakini Anar Cəfərova məxsus "VAZ-2106" markalı avtomobil qaçırmış Gəncə şəhər sakini Elşad Əliyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31