Kürdəmirdə qadın turşudan zəhərlənib öldü

Azərbaycanda qadın qidadan zəhərlənərək ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə oktyabrın 4-də Kürdəmir şəhərində baş verib. Şəhər sakini Vüsalə Hümbətova sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Qadın xəstəxanada müalicə olunsa da, onun həyatını xılas etmək mümkün olmayıb. V. Hümbətova oktyabrın 13-də xəstəxanada dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31