Sumqayıtda ticarət mərkəzində yanğın
25 Dekabr 2015 09:22 KriminalSumqayıt şəhərində yanğın hadisəsi baş verib. xeberle.com xəbər verir ki, axşam saatlarında şəhərin Sülh küçəsində ticarət mərkəzlərinin birinin damında yanğın hadisəsi qeydə alınıb. Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.İlkin ehtimala görə yanğın mərkəzdə yerləşən "Tehran" kafesinin tüstü bacasında baş verən nasazlıq üzündən başlayıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın dərhal söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Ticarət mərkəzinin dam örtüyü 6 kvadratmetr ərazidə yanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31