Azərbaycanda toyda daha bir kütləvi zəhərlənmə, 38 nəfər xəstəxanaya yerləşdirildi

Azərbaycanda daha bir toy məclisində kütləvi zəhərlənmə baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə oktyabrın 13-də Qazax rayonunun Daş Salahlı kəndində baş verib. Kənd sakini Əfqan Sofiyevin keçirdiyi toy məclisində iştirak edənlərdən 38 nəfəri qidadan zəhərləniblər. Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31