DSMF-nin Şamaxı şöbəsi qarət edildi
15 Oktyabr 2012 14:55 KriminalDövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsindən seyf oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə oktyabrın 9-da baş verib. Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 9-da Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin inzibati binasından içərisində sənədlər olan seyfi oğurlamış Bakı şəhər sakini Fərzəli Ələsov və Abşeron rayon sakini Əlşah Salmanov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31