Mərkəzi Univermaqda brillyant oğurluğu

Oğru ələ keçdi

Bakıda Mərkəzi Univermaqda brillyant oğurluğuna cəhd edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlunmata görə, hadisə oktyabrın 13-də baş verib. Səbail rayonu ərazisində, Mərkəzi Univermaqda, Bakı şəhər sakini Yaqut Dadaşovaya məxsus mağazadan 1 ədəd brilyant üzüyü oğurlamağa cəhd göstərmiş şəhər sakini Rəna Kazımova Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulub və sonrakı araşdırmalar aparılması üçün Səbail RPİ 9-cu PB-yə təhvil verilib. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin sentyabr ayının 23-də Mərkəzi Univermaqda, Fidan Hacıyevaya məxsus mağazadan da 1 ədəd üzük oğurlaması müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31