Oğurluğun üstü 4 aydan sonra açıldı

Suraxanı rayonunda baş vermiş oğurluq hadisəsinin üstü açılıb.DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da Bakı şəhər sakini Rauf İsmayılova məxsus evdən 580 manat və mobil telefon oğurlamış paytaxt sakini İlham Qurbanov tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31