Nərimanov rayonunda oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-də Tünzalə Nəbiyevanın içərisində 300 manat və bankomat kartı olan pul kisəsini soyğunçuluq yolu ilə almış Bakı şəhər sakini Tural Əliyev tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31