Maşallah Əhmədovun apellyasiya şikayətinə sabah baxılacaq
24 Dekabr 2015 12:09 KriminalHəbsdə olan veteran futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti dekabrın 25-də məhkəmə iclası keçiriləcək. APA-nın məlumatına görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, dələduzluqda təqsirləndirilən M. Əhmədovun barəsində dekabrın 17-də Binəqədi rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərardan M. Əhmədovun vəkili şikayət verərək həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31