Avtomobildə sıxılmış vəziyyətdə qalan 4 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Tovuz rayonu, Düzqırıxlı kəndində "OPEL" və "HYUNDAİ" markalı 2 minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Nəticədə, "OPEL" markalı minik avtomobilində 4 nəfər xəsarət alaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları avtomobildən çıxararaq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31