Qeyri-adi qəza: 3 “BakuBus” toqquşdu
“20-ci sahə” yaşayış massivində baş vermiş qəzada 4 ictimai nəqliyyat toqquşub
24 Dekabr 2015 07:37 KriminalBakının Səbail rayonunda sərnişin avtobuslarının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, hadisə "20-ci sahə" yaşayış massivində qeydə alınıb.
"BakuBus" şirkətinə məxsus 5 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu dayanacağa daxil olarkən orda dayanmış avtobuslara çırpılıb. Qəza zamanı "BakuBus" şirkətinin daha iki avtobusu, eləcə də, "Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımalarının Təşkili" MMC-yə məxsus 88 saylı xətt üzrə hərəkət edən başqa bir avtobus bir-birinə dəyib.
İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31