Bakıda vərəm dispanserində qətl törədən şəxs 19 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vərəm dispanserində qətl törətməkdə təqsirləndirilən Əjdər İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın məlumatına görə prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Ə. İsmayılov 19 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 7 saylı vərəm dispanserində müalicə olunan Qazaxıstan vətəndaşı, 1960-cı il təvəllüdlü Əjdər İsa oğlu İsmayılov mübahisə zəminində otaq yoldaşı, 1969-cu il təvəllüdlü Vahid Camal oğlu Muradovu və 1986-cı il təvəllüdlü Elşən Təyyar oğlu İsmayılovu bıçaqlayıb. V. Muradov aldığı xəsarətdən hadisə yerində ölüb, E. İsmayılov isə ağır xəsarət alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31