DİN itkin düşən balıqçılarla bağlı məlumat yayıb
22 Dekabr 2015 17:55 KriminalSumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində üç balıqçının olduğu qayıq aşıb. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində qəsəbə sakini Mustafa Quliyev, Kotec qəsəbə sakini Bəndəli Əliyev və Şabran rayon sakini Salamat Qasımov balıq tutarkən baş verib.
B.Əliyev balıqçılar tərəfindən xilas edilib, M.Quliyevin və S.Qasımovun tapılması istiqamətində tədbilrlər görülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31