Mağazanı yaran tutuldu
15 Oktyabr 2012 13:22 KriminalYanvarın 9-na keçən gecə Qobustan qəsəbə sakini Səkinə Əzizovaya məхsus həmin qəsəbədə yerləşən mağazadan pəncərədən keçmə yolu ilə tütün məmulatları, Ramiz Muradova məхsus mağazadan 2 ədəd mobil telefon, tütün məmulatları, iyulun 20-nə keçən gecə Bakı şəhər sakini Aydın Dostəliyeva məхsus Bakı-Qazaх yolunda yerləşən mağazadan qapının qıfılını sındırma yolu ilə 100 manat və ərzaq malları oğurlanıb. DİN BCAİ, Qaradağ RPİ 11-ci PB və Şirvan ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində mağazadan oğurluq edən şəхslər, Şirvan şəhər sakinləri Ağakişi Hüseynov və Bayraməli İsmayılov oktyabrın 14-də yaхalanıblar. "OLAYLAR"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31