Dostunu qətlə yetirən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xəyal Şabanzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə X. Şabanzadə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin iyul ayında Hövsan qəsəbəsində Ağayev Əyyar Qubad oğlu qətlə yetirilib. Hadisəni onun dostu X. Şabanzadənin törətməsi müəyyənləşib və o, saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31