Yük avtomobilində narkotik vasitə aşkar edilib
22 Dekabr 2015 16:35 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda Naxçıvan MR-dan İran İslam Respublikası ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Abuzər Həsənovun idarə etdiyi "DAF XF-95" markalı yük avtomobilinə baxış keçirilib. DGK Mətbuat xidmətindən verilən məlumata görə, baxış zamanı həmin nəqliyyat vasitəsində iki ədəd bükümdə, ümumi xalis çəkisi 48,67 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31