Özünü asmış kişinin məktubu...

İlkin ehtimala görə, həmin şəxs intihar edib

Bakıdakı parkda intihar edən şəxs ölümü ilə bağlı yaranacaq suallara əvvəlcədən yazdığı məktubla cavab verib. Suraxanı Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, təmirə dayanmış köhnə parkda asılmış vəziyyətdə aşkar edilmiş meyitin cibindən ölümündən əvvəl yazdığı məktub çıxıb. Məktubda qeyri-müəyyən cümlələr yazılıb: "Kimlərsə öz xoşuna ölür. Mən onların yanında yatmaq istəyirəm. Ona görə də heç kim məndən inciməsin".Mərhumun şəxsiyyəti də müəyyən edilib. İntihar etmiş şəxs Binəqədi sakini, 52 yaşlı Elxan Həsənovdur. O, attraksionun dəmir borusuna bağladığı kəndiri boğazına keçirib və özünü asıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31