Bərdədə toy niyə yasa çevrildi?

:   Oktyabrın 14-də Bərdə rayonunda baş vermiş dəhşətli hadisənin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, kütləvi dava rayonun Söynalı kəndində keçirilən toy mərasimi zamanı baş verib.Məlumata görə, 1977-ci il təvəllüdlü Sadıqov Ramin Məhəmməd oğlu toya dəvət olunanlar arasında olub və qonşu kənddən Söynalıya gəlib. O, toyda yeyib-içdikdən sonra tanışları ilə birlikdə oynamağa qalxıb. Bu zaman bəyin qohumları oynayırmış və onlar R.Sadıqovun mahnı sifariş verməsinə qarşı çıxıblar. Nəticədə mübahisə yaranıb, toy çadırında aləm qarışıb.Dava zamanı 35 yaşlı R.Sadıqov 17 yaşlı Rusif Yusiflini bıçaqlayaraq öldürüb. O, 24 yaşlı Zamin Dadaşovu, 52 yaşlı Allahyar Dadaşovu da bıçaqlayıb. Sonra isə bıçaqlanan A. Dadaşovun oğlu Əhməd Dadaşov avtomobillə R.Sadıqovla birlikdə toya gələn Nuri Əsədovu vurub. Yaralılar xəstəxanaya yerləşdiriliblər.Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31