DİN Bakıda baş verən atışmada iştirak edənlərdən daha birinin adını açıqlayıb

Daxili İşlər Nazirliyi (DİN) Bakıda 6 nəfərin güllələnməsi ilə bağlı məlumat yayıb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 21-də saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən "Zeytə" restoranının qarşısında Bakı şəhər sakini Məhərrəm Əliyev və  Samir adlı şəxs qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev "Vinçestr" markalı tüfəngdən atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarəti yetirib hadisə yerini tərk ediblər. Yaralılara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Qaradağ rayon Polis İdarəsi tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31