İntihar cəhdinin qarşısı alınıb
22 Dekabr 2015 12:18 KriminalFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qobustan rayonunda bir nəfərin birmərtəbəli evin damına intihar etmək məqsədi ilə çıxması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafızə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində vətəndaş aşağı endirilərək aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:29-da başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31