Musavat.com-un məlumatına görə, hadisə Lökbatan qəsəbəsindəki "Zeytə park" restoranında baş verib.
Müştərilər arasında mübahisədən sonra baş verən atışma nəticəsində azı 4 nəfər yaralanıb.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Restoran bağlanıb, obyektə heç kim buraxılmır. Təfərrüatlar barədə məlumat verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31