Bakıda soyğunluq hadisəsinin üstü açılıb

Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də Sənubər Bayramovanın pulunu, mobil telefonunu və sənədini soyğunçuluq yolu ilə almış Bakı şəhər sakini Ramin Qasımov tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olunması müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31