Azərbaycanda kütləvi dava: ölən və yaralananlar var
15 Oktyabr 2012 12:39 KriminalOktyabrın 14-də Bərdə rayonunda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Bərdə şəhərində kütləvi dava olub.
Dava zamanı 35 yaşlı Ramin Sadıqov 17 yaşlı Rusif Yusiflini bıçaqlayaraq öldürüb. O həmçinin R.Yusifli ilə birgə olan Zamin və Allahyar adlı şəxsləri də bıçaqlayıb.
Dava zamanı Əhməd Dadaşov isə idarə etdiyi avtomobillə Nuri Əsədovu vurub. N.Əsədov da xəstəxanaya yerləşdirilib.Faktla əlaqədar cinayət işi başlanıb. Hadisənin səbəbləri hələlik məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31