Keçmiş MTN-in intihar edən polkovnikinin meyiti ailəsinə təhvil veriləcək

Bu gün MTN-in Antiterror Mərkəzinin keçmiş rəis müavini, polkovnik İlqar Əliyev intihar edib.

Trend-in məlumatına görə, İ. Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) özünü asıb.

İ. Əliyevin vəkili Rəşad Mirmehdizadə Trend-ə bildirib ki, mərhumun meyiti ailəsinə təhvil veriləcək.

R. Mirmehdizadə qeyd edib ki, İ. Əliyev dəfn olunmaq üçün sabah Göyçay rayonuna aparılacaq.

Qeyd edək ki, İ. Əliyev MTN-lə bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs olunmuşdu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31