Sərnişin avtobusu qəta törətdi
15 Oktyabr 2012 12:23 KriminalTovuz rayonu, Düz Cırdaxan kəndində yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, vətəndaşa məxsus "MERCEDES" markalı sərnişin avtobusu ilə 1969-cu il təvəllüdlü Bayramov İlkin Sabir oğluna məxsus "NİSSAN SANNY" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilin sahibi İ.Bayramov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Cəsəd yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə edilməklə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqdar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31