Masallı rayonu, Qarğalıq kəndində vətəndaşa məxsus tövlə yanıb. Fövqəladə Hallar Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, ümumi sahəsi 136 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə və içərisinə yığılmış 12 ton ot bağlamasından 4 tonu yanıb. Yanğından tövlənin və otun qalan hissəsi mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31